Qərb sahilində sionistlər üçün yeni yaşayış binaları tikilir
-
Qərb sahilində sionistlər üçün yeni yaşayış binaları tikilir
Sionist rejimin ali xəritəçəkmə və planlaşdırma komitəsi cümə axşamı günü Qərb sahilinin Əğvar bölgəsində 182 yeni sionist yaşayış binasının tikilməsi planını təsdiqləyib.
Bu plan, sionist rejimin nazirlər kabinetinin Əğvar bölgəsini yeni bir sionist qəsəbəyə çevirmək barədəki 15 sentyabr qərarının icrası istiqamətindədir.
Sionist rejim ABŞ-ın dəstəyi ilə və beynəlxalq ictimaiyyətin təlbələrinə məhəl qoymadan sionist qəsəbələr salmağı davam etdirir.
BMT-nin Təhlükəsizlik Şurası 23 dekabr 2016-cı il tarixli 2334 saylı qətnamədə sionist rejimi işğal altında olan Fələstin ərazilərindəki bütün qəsəbəsalma fəaliyyətlərini dərhal və tamamilə dayandırmağa çağırdı.
Sionist rejim Fələstin ərazilərindəki hökmranlığını möhkəmləndirməyə çalışır. Buna görə, sionist yaşayış məntəqələri yaratmaqla Fələstin ərazilərinin coğrafi quruluşunu dəyişdirməyə və onlara sionist görkəm verməyə səy göstərir.