Suriyanın şimalında 200 min nəfər didərgin olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i350279-suriyanın_şimalında_200_min_nəfər_didərgin_olub
Türkiyə ordusunun qırıcıları Suriyanın şimalını üçüncü gün dalbadal bombalayaraq, indiyə kimi 200 min nəfəri didərgin salıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 11, 2019 14:45 Asia/Baku
  • Suriyanın şimalında 200 min nəfər didərgin olub
    Suriyanın şimalında 200 min nəfər didərgin olub

Türkiyə ordusunun qırıcıları Suriyanın şimalını üçüncü gün dalbadal bombalayaraq, indiyə kimi 200 min nəfəri didərgin salıblar.

Kürd mənbələr Türkiyənin hava və artilleriya hücumlarının davam etməsilə sərhəd bölgələrində məcburi köçkünlərin sayının artmaqda olduğunu bildiriblər.

Əlhəds telekanalı da Türkiyənin hava və artilleriya hücumlarının davam etməsilə Suriyanın şimalındakı Təl-Əbid və Rasuləyn böllərində iki xəstəxananın bağlanmasından xəbər verib.

Suriyanın Əl-Əxbariyyə televiziyası da Əl-Həsəkə və Qamışlı bölgələrində Türkiyənin Suriyaya təcavüzünə, həmçinin Suriyanın ada bölgəsində ABŞ-ın qanunsuz iştirakına qarşı xalq mitinqlərinin keçirilməsindən xəbər verib.

Bu Suriya telekanalı həmçinin ABŞ-ın əlli işğalçı qüvvəsinin öz təchizat və silahları ilə birlikdə Suriyanın əl-Malikiyyə bölgəsindən İraqa köçürüldüyünü bildirib.

Təkfirçi İŞİD qruplaşmasının həbs olunmuş əlli xarci üzvünün ABŞ hərbçiləri ilə birlikdə İraqa köçürüldüyü də bildirilir.