Ənsarullah ərəbistana ABŞ-ın yeni qüvvələrinin göndərilməsinə reaksiya verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i350338-Ənsarullah_ərəbistana_abŞ_ın_yeni_qüvvələrinin_göndərilməsinə_reaksiya_verib
Yəməndə Ənsarullah hərəkatının mərkəzi şurasının üzvü minlərlə yeni amerikan qüvvənin ərəbistana göndərilməsinə cavab olaraq bildirib ki, 14 min əsgərin iştirakı ilə görülə bilməyən iş çoxlu sayda əsgərlə də nəticə verməyəcəkdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 12, 2019 16:19 Asia/Baku
  • Ənsarullah ərəbistana ABŞ-ın yeni qüvvələrinin göndərilməsinə reaksiya verib
    Ənsarullah ərəbistana ABŞ-ın yeni qüvvələrinin göndərilməsinə reaksiya verib

Yəməndə Ənsarullah hərəkatının mərkəzi şurasının üzvü minlərlə yeni amerikan qüvvənin ərəbistana göndərilməsinə cavab olaraq bildirib ki, 14 min əsgərin iştirakı ilə görülə bilməyən iş çoxlu sayda əsgərlə də nəticə verməyəcəkdir.

Ənsarullah hərəkatının mərkəzi şurasının üzvü Muhəmməd Əli Əlhusi dünən gecə öz tvitter hesabında yazıb: Amerika hökuməti yaxşı olardı ki, dağıntıdan başqa heç bir nəticəsi olmayan öz ədavətli siyasətlərini dəyişdirməklə dünyanı heyran qoysun və Amerika xalqı bilməlidir ki, onun hökuməti Vyetnam, İraq və Yəməndəki savaşlardan heç bir mənfəət əldə etməyibdir.

Ənsarullah hərəkatının mərkəzi şurasının üzvü əlavə edib: Yəmən xalqı Amerikanın rəhbərliyi, silahları və qüvvələrindən qorxmur və amerikalı qüvvələrin sayının artmasından da ehtiyatlanmır və Yəməndə savaşın davam etməsi Amerikanın zərərinədir.