İmran xanın Tehran səfərinin proqramı elan olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i350362-İmran_xanın_tehran_səfərinin_proqramı_elan_olunub
Pakistan baş nazirlik ofisi dünən bir açıqlamada bildirib ki, bu ölkənin baş naziri İmran xanın bazar günü Tehrana olacaq səfərinin proqram və görüşləri elan olunubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 13, 2019 05:48 Asia/Baku
  • İmran xanın Tehran səfərinin proqramı elan olunub
    İmran xanın Tehran səfərinin proqramı elan olunub

Pakistan baş nazirlik ofisi dünən bir açıqlamada bildirib ki, bu ölkənin baş naziri İmran xanın bazar günü Tehrana olacaq səfərinin proqram və görüşləri elan olunubdur.

Pakistan baş nazirlik ofisinin açıqlamasına əsasən, İmran xan İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei və İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşlər keçirəcək.

Pakistan baş nazirlik ofisi qeyd edib ki, bu ölkənin baş nazirinin İslam İnqilabının Böyük Rəhbəri və İran İslam Respublikasının prezidenti ilə görüşlərində ikitərəfli məsələlər, regional və beynəlxalq olaylar ətrafında fikir mübadilələri aparılacaq.

Bu səfər Pakistan baş nazirinin cari ildə İrana ikinci səfəri olacaqdır.