Suriya kürdləri iddia ediblər ki, 75 Türkiyə əsgərini öldürüblər
Okt 13, 2019 16:36 Asia/Baku
-
Suriya kürdləri iddia ediblər ki, 75 Türkiyə əsgərini öldürüblər
Suriya demokratik qüvvələri iddia ediblər ki, bu ölkənin şimalında yerləşən Rəəsuləyn səhərindəki toqquşmalarda Türkiyənin 75 əsgərini öldürməkdən əlavə, onların yeddi tankını da məhv ediblər.
Bu toqquşmalarda 19 Türkiyə əsgəri də yaralanıbdır.
Türkiyənin müdafiə nazirliyi dünən bildirib ki, bu ölkənin hərbi qüvvələri və Ankaranın dəstək verdiyi yarımhərbçilər Əlhəsəkə ətrafındakı Rəəsuləyn səhərinin nəzarətini tam şəkildə ələ alıblar. Amma kürd mənbələr bu xəbəri rədd ediblər.
Digər tərəfdən, Türkiyənin Anadolu informasiya agentliyi bu gün bildirib ki, Türkiyə ordusu Fərat çayının şərqində yerləşən Təl-Əbid şəhərinin Suluk kəndini YPG və PKK adlı kürd qrupların nəzarətindən çıxarıbdır.
Teqlər