Bug gün Bağdadda Həşdüşşəbi şəhidlərinin dəfn mərasimi keçiriləcək
-
Bug gün Bağdadda Həşdüşşəbi şəhidlərinin dəfn mərasimi keçiriləcək
İraqın Xalq Səfərbər Qüvvələrinin ( Həşdüşşəbi ) bazar günü amerikan qüvvələrinin hücumlarında şəhid olanların cənazələri bu gün İraqın paytaxtı Bağdadda dəfn ediləcək.
İRNA-nın verdiyi məlumata görə, Həşdüşşəbinin komandanlığı bir bəyanatda Amerikanın Həşdüşşəbinin Əl-Ənbar vilayətindəki qərargahına qarşı vəhşicəsinə hücumlarında şəhid olanların cənazələrinin dəfn mərasiminin Bağdadın Əttəhrir meydanında keçiriləcəyini bildirərək xalqı Amerikanın vəhşi hücumlarının hədəfinə çevrilən İraqın ərazi bütövlüyünü İŞİD terrrorçuları qarşısında müdafiə edən qəhrəmanlarının cənazələrinin dəfn mərasimində iştiraka çağırıb.
Əl-Məyadin telekanalı da Amerikanın İraqın Xalq Səfərbər Qüvvələrinin qərargahlarına hücumunda şəhid olanların sayının 30 nəfərə çatdığını bildirib.
Bu telekanal iraqlı mənbələrə istinadla bildirib ki, şəhidlərin sayı 30-a çatıb və yaralananlar isə 50 nəfərdri. Bu mənbənin bildirdiyinə görə, bəzi yaralıların vəziyyətinin ağırlaşmasına görə şəhidlərin sayının artacağı ehtimal edilir.
Bununla əlaqədar İraqın Xarici İşlər Nazirliyi bildirib ki, Amerikanın İraqın Xalq Səfərbər Qüvvələrinin mövqelərinə qarşı hücumuna reaksiya əlaməti olaraq, ABŞ-ın Bağdaddakı səfirliyi XİN-ə çağırılıb.
İraqın müxtəlif qrupları Amerikanın hücumunu pisləyiblər və İraqın Hizbullah batalyuno təhlükəsizlik, hərbi və xalq qüvvələrini amerikalı düşmənləri İraq torpaqlarından qovmaq uğrunda yeni tarixi dövrə hazır olmağa çağırıb.