İraq Milli Təhlükəsizlik Şurası: Amerikanın təcavüzkarlığı İraqın suverenliyinin pozulması deməkdir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i355298-İraq_milli_təhlükəsizlik_Şurası_amerikanın_təcavüzkarlığı_İraqın_suverenliyinin_pozulması_deməkdir
İraq Milli Təhlükəsizlik Şurası fövqəladə bir iclasda İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı Qasem Soleymaninin və İraqın Həşduşşəbi təşkilatının rəis müavini Əbu Məhdi Əlmuhəndisin, həmçinin bir neçə digər şəxsin dünən səhər tezdən amerikalı terrorçu və təcavüzkar qüvvələrin Bağdad hava limanına qarşı hava hücumunda şəhid edilmələrilə nəticələnən Amerikanın təcavüzkarlığını rədd edərək, onu bu ölkənin suverenliyinin pozulması adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 04, 2020 08:14 Asia/Baku
  • İraq Milli Təhlükəsizlik Şurası: Amerikanın təcavüzkarlığı İraqın suverenliyinin pozulması deməkdir

İraq Milli Təhlükəsizlik Şurası fövqəladə bir iclasda İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı Qasem Soleymaninin və İraqın Həşduşşəbi təşkilatının rəis müavini Əbu Məhdi Əlmuhəndisin, həmçinin bir neçə digər şəxsin dünən səhər tezdən amerikalı terrorçu və təcavüzkar qüvvələrin Bağdad hava limanına qarşı hava hücumunda şəhid edilmələrilə nəticələnən Amerikanın təcavüzkarlığını rədd edərək, onu bu ölkənin suverenliyinin pozulması adlandırıb.

İraq Milli Təhlükəsizlik Şurası bu ölkənin baş naziri Adil Əbdulməhdinin mövqeyini himayə edib. Əbdulməhdi amerikalıların hücumunu İraqın suverenliyinin pozulması adlandırmışdı.

İraq Milli Təhlükəsizlik Şurası öz iclasında bu ölkə parlamentinin fövqəladə yığıncaq keçirməsini istəyibdir ki, İraqın sabitliyi, təhlükəsizliyi və izzətinin qorunması üçün rəsmi və vahid bir mövqe tutulmuş olsun və bu barədə zəruri qərarlar qəbul edilsin.

İraq məclisininin sədri Muhəmməd Əlhəlbusi də Amerikanın bu qorxaqcasına və terror hücumunu İraqın suverenliyinin aşkar şəkildə pozulması və beynəlxalq müahidələrin tapdanması adlandırıb.

Belə bir halda, İraq xalqı cümə günü axşam bu ölkənin müxtəlif bölgələrində, o sıradan Dialə və Neynəva vilayətlərində anti-ABŞ aksiyaları keçirərək, Amerikanın general Qasem Soleymanini və Əbu Məhdi Əlmuhəndisi öldürməsini pisləyib.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı Qasem Soleymani və İraqın Həşduşşəbi təşkilatının rəis müavini Əbu Məhdi Əlmuhəndisi, həmçinin bir neçə nəfər dünən Bağdad hava limanında amerikalı terrorçular tərəfindən həyata keçirilən hava hücumunda şəhid edildilər.