İraqda general Soleymani və Əbu Məhdi Əlmuhəndis ilə vidalaşma mərasimi keçirilib
-
İraqda general Soleymani və Əbu Məhdi Əlmuhəndis ilə vidalaşma mərasimi keçirilib
Şəhid general Qasem Soleymani və Əbu Məhdi Əlmuhəndis, eləcə də Həşduşşəbinin digər şəhidləri ilə vidalaşma mərasimi bu gün öncə Bağdaddakı Əlmusənna hava limanından başlanıb. Sonra Hərəmeyn İmameyn Kazemeyn(ə) hərəmində təvaf edilib. Daha sonra Həşduşşəbinin Bağdadın Əlxizri bölgəsinin yaxınlığında yerləşən qərargahına gətirilərək, Əlcadiriyyə bölgəsindəki Əlhəsəneyn meydanına köçürülüb və iraqlı rəsmilərin iştirakı ilə davam edibdir.
Bu gün İraq başdan-başa Hacı Qasem və Əbu Məhdi Əlmuhəndis idi.
On minlərlə iraqlı əzadar Kazimeyndən Bağdadın Cadiriyyə bölgəsinədək olan səkkiz kilometrlik məsafəni piyada şəkildə gəlibdir ki, şəhidlərin pak cənazələrinin pişvazına çıxmış və onlarla vidalaşmış olsun.
Bu xalqın şüarı eyni idi: Kəlla Kəlla Amrika! Əsla, Əsla, Amerika!
İraqlı mərasim iştirakçılarının əllərində, üzərlərində ingilis dilində şüarlar yazılmış plakatlar olub. Onlar bu şüarlarda Amerikanın öz ölkələrində iştirakı ilə müxalifətlərinə və onun qüvvələrinin qovulmaları vacibliyinə təkid ediblər.
Mərasim iştirakçıları həmçinin Əlməyadin telekanalının müxbiri ilə müsahibədə vurğulayıblar: Soleymaninin və Əlmuhəndisin yarandıqları torpaq bu iki nəfər kimi minlərlə nəfəri meydana gətirəcək. Onlar deyiblər: Amerikadan intiqam alamayanadək sakit olmayacağıq.
Bu gün şəhid Qasem Soleymaninin, Əbu Məhdi Əlmuhəndisin və Həşduşşəbi şəhidlərinin tərəfdarları- hamı bir nəfər kimi Bağdada gəlibdir ki, şəhidlərin pak cənazələri ilə vidalaşsın və dünya xalqlarına bu mesajı çatdırsın ki, heç vaxt zillətə boyun əyməyəcək.