Müqavimətin borclu olduğu əziz bir qardaşı itirdik
https://azeri.sahartv.ir/news/qərbi_asia-i355443-müqavimətin_borclu_olduğu_əziz_bir_qardaşı_itirdik
Həmas hərəkatınn siyasi bürosunun sədri Tehranda müqavimət şəhidlərilə vidalaşma mərasimində deyib: Müqavimətin öz gücü və davamlılığına görə borclu olduğu əziz bir qardaşı və bir komandanı itirdik.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 06, 2020 09:18 Asia/Baku
  • Müqavimətin borclu olduğu əziz bir qardaşı itirdik
    Müqavimətin borclu olduğu əziz bir qardaşı itirdik

Həmas hərəkatınn siyasi bürosunun sədri Tehranda müqavimət şəhidlərilə vidalaşma mərasimində deyib: Müqavimətin öz gücü və davamlılığına görə borclu olduğu əziz bir qardaşı və bir komandanı itirdik.

Fələstin İslam Müqaviməti Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri İsmail Həniyyə bu gün səhər şəhid general-leytenant Qasem Soleymaninin pak cənazəsilə vida mərasimində deyib: Biz İrana gəlmişik ki, böyük komandan Hacı Qasem Soleymaniinin şəhadəti münasibətilə İslam İnqilabının Böyük Rəhbərinə, İranın dövləti və xalqına başsağlığı vermiş olaq.

Fələstin İslam Müqaviməti Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri sonra deyib: Mən elan edirəm ki, Fələstin ərazisində müqavimət layihəsi davam edəcək, zəifləməyəcək, geri çəkilməyəcək və bu terror və şəhadətlər yolun davam etdirilməsində bizim israrımız, müqavimətimiz və sabitliyimizə daha da təkan verəcək və biz bu yolu Allah-Taalanın köməkliyi ilə Qüdsün, Fələstinin və regiondakı insanların iradələrinin azad edilməsinədək davam etdirəcəyik.