Amerikanın İraqdakı cinayətlərinə bir baxış
https://azeri.sahartv.ir/news/qərbi_asia-i355575-amerikanın_İraqdakı_cinayətlərinə_bir_baxış
ABŞ-ın İraqdakı cinayətlərinin uzun keçmişi vardır. ABŞ hərbçilərinin İraq xalq səfərbər qüvvələrinə hücum etməsi və general Süleymaninin terror edilməsindən sonra İraq parlamenti ABŞ qüvvələrinin bu ölkədən çıxarılmasına qərar verdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2020 16:56 Asia/Baku
  • Amerikanın İraqdakı cinayətlərinə bir baxış
    Amerikanın İraqdakı cinayətlərinə bir baxış

ABŞ-ın İraqdakı cinayətlərinin uzun keçmişi vardır. ABŞ hərbçilərinin İraq xalq səfərbər qüvvələrinə hücum etməsi və general Süleymaninin terror edilməsindən sonra İraq parlamenti ABŞ qüvvələrinin bu ölkədən çıxarılmasına qərar verdi.

Bəlkə də bu görüntü İraq xalqının Amerikaya dərin nifrətinin ən bariz nümunəsidir. 12 il öncə iraqlı müxbir Corc Buşa ayaqqabı tullamaqla dünyaya bu mesajı çatdırdı ki, Amerikanın iraqlılar arasında heç bir yeri yoxdur.

M.M: Biz ABŞ qüvvələrinin İraqdan tamamilə çıxarılmasını tələb edirik. Onların İraqda mövculuğu nəinki bizim üçün faydalı deyil, həm də təhlükə amilidir.

Ayaqqabı tullamaq simvolu tarixdə yenidən təkrar oldu, bu dəfə D.Trampa səfirlik qarşısında ayaqqabı atıldı.

Hansı ki, xalq iki gündür ABŞ hərbçilərinə nifrətini ifadə edir.

M.M: İnşallah ABŞ tezliklə İraqı tərk edəcək, əks təqdirdə onu tərk etməyə məcbur edəcəyik.

İraq xalqının yaddaşında ABŞ hərbçilərinin 17 illik işğalı durur. Gecə insanların evlərinə basqın etməkdən tutmuş küçələrdə yeniyetmələr və mülkiləri saxlamağa qədər.

M.M: Biz Amerikanın bütün cinayətlərinin tarixdə qeydə alınmasını istəyirik.

Ən ağrılı mövzu ABŞ qüvvələrinin iraqlıları öldürmələri ilə fəxr etmələridir, misal üşün Delard Conson İraqda 5 il müddətində 2746 iraqlını soyuqqanlılıqla öldürüb.

Və bu onun üçün maral ovlamaqdan daha çox ləzzətli olub, bunun üçün 37 şücaət medalı ilə təltif edilib.