ABŞ hərbçilərinin Ərbildəki bazası hədəfə alınıb
-
ABŞ hərbçilərinin Ərbildəki bazası hədəfə alınıb
İnformasiya mənbələri İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın İraqın Ələnbar vilayətində yerləşən amerikan Əynuləsəd bazasına qarşı raket hücumları ilə bir zamanda İraq Kürdüstanı bölgəsində yerləşən Ərbil hava limanının yaxınlığındakı Amerika hərbi bazasına qarşı raket hücumundan xəbər veriblər.
Livanın Əlməyadin telekanalının bu gün səhər tezdən verdiyi məlumata görə, Amerikanın Ərbil hava limanı yaxınlığındakı hərbi bazası da hədəfə alınıbdır.
İraq mediaları da bu gün səhər tezdən Amerikanın Ərbil hava limanı yaxınlığındakı hərbi bazasında bir neçə partlayışın baş verdiyini bildiriblər.
Bəzi qaynaqlar da bildiriblər ki, Ərbil hava limanının uçuşları dayandırılıbdır.
Əlməyadin telekanalı Amerikanın İraqda yerləşən hərbi bazalarına qarşı raket zərbələrində amerikalı hərbçilər arasında tələfatın baş verməsini təsdiq edibdir. Bu telekanal bildirib: İranın cavabından az sonra Bağdadda bir kəs Amerikanın ardıcıl rəsmi telefon zənglərinə cavab verməyibdir.