İraq Səfərbər Qüvvələri Təşkilatı (Həşdüşşəbi) İran dövləti və xalqına öz minnətdarlığını bildirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i355655-İraq_səfərbər_qüvvələri_təşkilatı_(həşdüşşəbi)_İran_dövləti_və_xalqına_öz_minnətdarlığını_bildirib
Həşdüşşəbi dünən gecə " Şəhid Əbu Mehdi ilə əhd" adı altında yaydığı bəyanatda bu təşkilatın komandan müavini şəhid Əbu Məhdi Əl-Mühəndis ilə əzəmətli vidalaşma mərasiminə görə İran dövləti və xalqına minnətdarlıq ifadə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 09, 2020 09:19 Asia/Baku
  • İraq Səfərbər Qüvvələri Təşkilatı (Həşdüşşəbi) İran dövləti və xalqına öz minnətdarlığını bildirib

Həşdüşşəbi dünən gecə " Şəhid Əbu Mehdi ilə əhd" adı altında yaydığı bəyanatda bu təşkilatın komandan müavini şəhid Əbu Məhdi Əl-Mühəndis ilə əzəmətli vidalaşma mərasiminə görə İran dövləti və xalqına minnətdarlıq ifadə edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Həşdüşşəbinin bəyanatında həmçinin müqavimət cəbhəsi şəhidlərinin yolunun davam etdiriləcəyi vurğulanıb. 

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds qüvvələrinin komandanı General Leytenant şəhid Qasim Süleymani və Həşdüşşəbinin komandan müavini şəhid Əbu Məhdi Əl-Mühəndis və onların şəhid silahdaşlarının pak cənazələri şənbə günü Bağdad , Kazimeyn, Kərbəla, Nəcəf şəhərlərində, bazar günü İrana daxil edilərək Əhvaz sonra Məşhəd şəhərində İran xalqının əzəmətli iştirakı ilə müşayiət edildi və bazar ertəsi günü paytaxt Tehran və Qum şəhərlərində milyonluq iştirakla şəhidlərlə vidalaşma mərasimi keçirildi və Şəhid Süleymaninin cənazəsi Kermana dəfn üçün aparıldı Şəhid Əl-Mühəndisin cənazəsi isə İranın cənubunda Xuzestan vilayətində vidalaşma mərasimindən sonra Şələmçə sərhəddindən İraqın cənubundakı Bəsrə şəhərinə köçürüldü. Şəhid Əbu Məhdi Əl-Mühədisin cənazəsi çərşənbə günü Nəcəf şəhərində şiələrin birinci imamı Həzrət İmam Əlinin(Ə) pak dərgahının kənarında dəfn edildi.