Omanın sultanı Qabus Bin Səid uzun sürən xəstəlikdən sonar vəfat edib
Yan 11, 2020 04:49 Asia/Baku
-
Omanın sultanı Qabus Bin Səid uzun sürən xəstəlikdən sonar vəfat edib
Oman sultanı Qabus bin Səid Əl Səid uzun sürən xəstəlikdən sonra 79 yaşında vəfat edib.
Sultan Qabusun ölümü ilə əlaqədar ölkədə üç günlük matəm elan edilib, 40 gün müddətinə dövlət bayraqları endirilib.
Qeyd edək ki, sultan 2015-ci ildən etibarən xərçəng xəstəliyindən əziyyət çəkidri. Belçikanın klinikalarından birində müalicə olunan Qabus Bin Səid ötən il dekabrın sonunda vətəninə qayıtıb.
Digər ərəb liderlərindən fərqli olaraq, Qabus varis adını açıqlamayıb. Buna görə də növbəti sultanın kim olacağı hələlik bilinmir.
Ölkə Konstitusiyasına görə, hakim ailə "taxtdan azad olunduqdan sonra" üç gün ərzində varisi seçməlidir.