İdlibdə atəşkəs bərqərar olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i355840-İdlibdə_atəşkəs_bərqərar_olunub
Xəbər mənbələri bu gün səhər Suriyanın şimalında yerləşən İdlib vilayətində çaxnaşmanı məhdudlaşdırma bölgəsində Rusiya ilə Türkiyə arsında əldə olunmuş razılaşmaya əsasən atəşkəs rejiminin bərqərar olunmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 12, 2020 05:42 Asia/Baku
  • İdlibdə atəşkəs bərqərar olunub
    İdlibdə atəşkəs bərqərar olunub

Xəbər mənbələri bu gün səhər Suriyanın şimalında yerləşən İdlib vilayətində çaxnaşmanı məhdudlaşdırma bölgəsində Rusiya ilə Türkiyə arsında əldə olunmuş razılaşmaya əsasən atəşkəs rejiminin bərqərar olunmasından xəbər veriblər.

İRİB-in verdiyi məlumata görə, İdlib vilayətində atəşkəs barədə razılaşma bu gün səhərdən icra edilməyə başlayıb.

Əl-Məyadin telekanalı da atəşkəsin bərqərar olunması ilə eyni zamanda İdlib şəhərində nisbi sakitliyin yaranmasından xəbər verib və bildirib ki, Suriya ordusu mülkinin bu şhəri təhlükəsiz şəraitdə tərk etməsi üçün üç keçid müəyyənləşdirib. 

İdlib vilayətində atəşkəsin bərqərar olunması, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Təyyib Ərdoğan arasında çərşənbə günü baş tutan görüşün ardınca yayılan müştərək bəyanatdan sonra mümkün olub. Həmin bəyanatda Suriya barədə iki ölkə arasında əldə olunmuş razılaşmaların icra edilməli olduğu vurğulanmışdı.

İdlib vilayəti terrorçuların suriyadakı son bazası hesab olunur.