Bəşar Əsədin müşaviri: General Süleymaninin şəhadətinin təsiri illər boyu davam edəcək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i355889-bəşar_Əsədin_müşaviri_general_süleymaninin_şəhadətinin_təsiri_illər_boyu_davam_edəcək
Suriya prezidentinin siyasi müşaviri deyib: İslam İnqilabının Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı General Leytenant Qasim Süleymaninin şəhadətinin təsiri illər boyu davam edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 12, 2020 13:41 Asia/Baku
  • Bəşar Əsədin müşaviri: General Süleymaninin şəhadətinin təsiri illər boyu davam edəcək
    Bəşar Əsədin müşaviri: General Süleymaninin şəhadətinin təsiri illər boyu davam edəcək

Suriya prezidentinin siyasi müşaviri deyib: İslam İnqilabının Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı General Leytenant Qasim Süleymaninin şəhadətinin təsiri illər boyu davam edəcək.

Bəsinə Şəban Əl-Minar telekanalına verdiyi açıqlamada deyib: ABŞ prezidenti Donald Trampın bütün hərəkətləri sionist rejimin mənafeyinə xidmət edir. 

O müqavimət sərkərdələrinin terror edilməsinin sionist rejimin istəyi olduğunu bildirərək deyib: Tramp müqavimətə zərbə vurmaq üçün bunu korkoranə etdi amma müqavimətin gücü, izzəti, kəraməti və bütövlüyü bu cinayətdən sonra daha da artdı. 

Bəşar Əsədin müşaviri İraq parlamentinin amerikan qüvvələrin bu ölkədən çıxarılmasına dair qərarı və İranın Vaşinqtona raket cavabını iki önəmli cavab hesab edərək deyib: Donald Trampın hədə qorxularının azalması onun bu böyük səhvdən yaxasını qurtarmaq cəhdlərini göstərir.