Suriyadakı ABŞ qüvvələrinin sayı artıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i355989-suriyadakı_abŞ_qüvvələrinin_sayı_artıb
Türkiyə mediaları Suriyanın şimal-şərqinə və bu ölkənin neftlə münbit bölgələrnə yeni amerikan qüvvələrin göndərilməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 14, 2020 12:04 Asia/Baku
  • Suriyadakı ABŞ qüvvələrinin sayı artıb

Türkiyə mediaları Suriyanın şimal-şərqinə və bu ölkənin neftlə münbit bölgələrnə yeni amerikan qüvvələrin göndərilməsindən xəbər veriblər.

Yüzlərlə amerikalı hərbçi ötən sutka ərzində silah və sursat daşıyan 120 ədəd treyler ilə İraqın Əlvəlid sərhəd bölgəsindən Suriya ərazisinə daxil olub və bu ölkənin Həsəkə və Diyrəzzur bölgələrinə tərəf hərəkətdədir.

Amerika Türkiyənin silahlı kürd qrupların işğalı altında olan Suriyanın neftlə münbit bölgələrində, yəni Fərat çayının şimal-şərqində və Rəəsuləyn ilə Təl-Əbiz arasında keçirdiyi "Sülh bulağı" əməliyyatından sonra silah və sursat daşıyan yüzlərlə ədəd treyleri bölgəyə göndərib.