Səud koalisiyasının üçüncü modern təyyarəsi vurulub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i356227-səud_koalisiyasının_üçüncü_modern_təyyarəsi_vurulub
Yəmən ordusunun zenit-raket bölməsi təcavüzkar səud koalisiyasına məxsus “CH-4” tipli modern hərbi pilotsuzunu vurub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 18, 2020 05:37 Asia/Baku
  • Səud koalisiyasının üçüncü modern təyyarəsi vurulub
    Səud koalisiyasının üçüncü modern təyyarəsi vurulub

Yəmən ordusunun zenit-raket bölməsi təcavüzkar səud koalisiyasına məxsus “CH-4” tipli modern hərbi pilotsuzunu vurub.

Yəmən ordusunun müharibə təbliğatı qərargahı səud təcavüzkarlarının bu hərbi PUA-nın qalıqlarının foto-şəkillərini sərgiləyib.

Yəmən ordusunun zenit-raket bölməsi bu təyyarəni ötən həftə “yer-hava” tipli raketdən istifadə edərək, Əlcuf vilayətinin səmasında vurubdur.

Bu, yəmənli qüvvələrin vurduqları bu tipdən olan üçüncü təyyarədir.Yəmənli qüvvələr bir dəfə Cizanda, bir dəfə də iki il bundan öncə Səədə-də bu qəbildən iki PUA-nı vurmuşdular.

Ötən il Yəməndəki müxtəlif döyüş bölgələri təcavüzkar səud koalisiyasının hərbi və kəşfiyyat təyyarələrinə şamil olan 60-dan çox qırıcının vurulmasının şahidi olmuşdular. Belə bir halda, Yəmən ordusunun zenit-raket bölməsinin heyranedici addımları bu ölkənin mühasirəsinin davam etməsinə rəğmən, gələcəkdə nəzərəçarpacaq irəliləyiş müjdəsini verir.