Sionist rejim məhbəslərində kəskin işgəncələr
https://azeri.sahartv.ir/news/qərbi_asia-i356241-sionist_rejim_məhbəslərində_kəskin_işgəncələr
Sionist rejim hərbçilərinin, həbs etdikləri bir fələstinli əsirin bədəni üzərindəki işgəncə əlamətləri barədə təsvirlər yayılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 18, 2020 13:09 Asia/Baku
  • Sionist rejim məhbəslərində kəskin işgəncələr
    Sionist rejim məhbəslərində kəskin işgəncələr

Sionist rejim hərbçilərinin, həbs etdikləri bir fələstinli əsirin bədəni üzərindəki işgəncə əlamətləri barədə təsvirlər yayılıb.

Əlcəzirə telekanalının məlumatına görə, bu telekanal bəzi təsvirlər əldə edibdir ki, onlar bir fələstinli əsirin bədəni üzərində işgəncənin təsirlərini göstərir. Sionist müstəntiqlər bu fələsinlinin həbs olunmasından sonra ona işgəncə veriblər.

“Əlzəmir” insan haqları müəssisəsi bildirib ki, son günlər sionist rejim məhbəslərində azı 17 fələstinli ağır işgəncə ilə üzləşibdir.

Sionist müstəntiqlər iki ay ardıcıl surətdə Vəlid Hənatşəni istntaq etdilər. O, öz vəkillər ilə görüşdən iki ay yarım müddətinə məhrum edildi. “Əlzəmir” müəssisəsi bildirib ki, sionist müstəntiqlər Vəlid Hənatşəyə qarşı beş növ işgəncədən istifadə ediblər.

“Əlzəmir” müəssisəsinin direktoru Səhər Frensis deyib: Bütün istintaqlar məhbusların başları, sinələri və əzələlərinə zərbə vurmaqla yanaşı olur və sonra onları yerə yıxırlar. Onların əllərini arxadan bağlayır, sinələri üstündə otururlar. Məhbusları masa üzərində yerləşdirir, əl-ayaqlarını altdan bağlayırlar. Sionist hərbçilər həmçinin həbs olunmuş şəxsə təzyiqi artırmaq üçün onun ana və ya qızı kimi ailə üzvlərindən birini də həbs edir və həbs olunmuş şəxsə göstərirlər ki, anası və ya qızını istintaq etməkdədirlər.

Sionist rejimin ali məhkəməsi bu rejim müstəntiqlərinə fələstinliləri işgəncə etmək icazəsi veribdir.