Qəzzə zolağında bir fələstinli gənc şəhid edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i356346-qəzzə_zolağında_bir_fələstinli_gənc_şəhid_edilib
Dinc "qayıdış haqqı" yürüşlərinin iştirakçısı olmuş fələstinli gənc sionist hərbçilərin atəş açması nəticəsində aldığı ağır yaralar səbəbilə yanvarın 19-da şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 20, 2020 11:23 Asia/Baku
  • Qəzzə zolağında bir fələstinli gənc şəhid edilib
    Qəzzə zolağında bir fələstinli gənc şəhid edilib

Dinc "qayıdış haqqı" yürüşlərinin iştirakçısı olmuş fələstinli gənc sionist hərbçilərin atəş açması nəticəsində aldığı ağır yaralar səbəbilə yanvarın 19-da şəhid olub.

İRİB-nin məlumatına görə, Qəzzə zolağının şimalinda sakin olan Amir Minar Əl-Hicarə adlı fələstinli bir gənc 2018-ci il 30 martda dinc "qayıdış haqqı" yürüşlərində iştirak etmişdi ki, sionist hərbçilərin açdıqları atəş nəticəsində ağır yaralandı və 2020-ci il yanvarın 19-da gecə saatlarında şəhid oldu.

"Qayıdış haqqı" yürüşləri 2018-ci ilin mart ayından "əsrin müqaviləsi" planının müddəalarına, o cümlədən fələstinli didərginlərin öz doğma torpaqlarına qayıtmalarını əngəlləyən bəndə etiraz olaraq, demək olar ki, hər cümə günü keçirilir.

2018-ci il martın 30-dan bu günədək "qayıdış haqqı" yürüşlərində 330-dan çox fələstinli sionist İsrailin hərbçiləri tərəfindən şəhid olub və azı 31 min nəfər də yaralanıbdır.