ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlığına raket hücumu edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i356408-abŞ_ın_bağdaddakı_səfirliyinin_yaxınlığına_raket_hücumu_edilib
İnformasiya mənbələri Bağdadın yaşıl bölgəsinə, ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlığına bir neçə raketin atılmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 21, 2020 09:58 Asia/Baku
  • ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlığına raket hücumu edilib
    ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlığına raket hücumu edilib

İnformasiya mənbələri Bağdadın yaşıl bölgəsinə, ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlığına bir neçə raketin atılmasından xəbər veriblər.

Bu hücum Amerika səfirliyində təhlükə siqnalının səslənməsinə səbəb olubdur.

Qərbin informasiya mənbələri atılmış raketlərin sayını iki və ya üç ədəd elan ediblər.

Bu raket hücumunda indiyədək tələfat olmayıbdır.

Təhlükəsizlik qüvvələri həmin hücum barədə təhqiqat aparmaqdadırlar.

Bağdadın yaşıl bölgəsi bir təhlükəsizlik bölgəsidir. Orada İraqın idarə və xarici səfirliklərin binaları yerləşir.