Suriya hökuməti İdlibi işğaldan azad etməkdə qərarlıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i356496-suriya_hökuməti_İdlibi_işğaldan_azad_etməkdə_qərarlıdır
Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşar Əl-Cəfəri yanvarın 21-də verdiyi müsahibədə Suriya hökumətinin İdlib vilayətini və bu ölkənin şimal bölgəsini terrorçuların işğalından azad etmək qərarını son qərar və qaçılmaz adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 22, 2020 13:48 Asia/Baku
  • Suriya hökuməti İdlibi işğaldan azad etməkdə qərarlıdır
    Suriya hökuməti İdlibi işğaldan azad etməkdə qərarlıdır

Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşar Əl-Cəfəri yanvarın 21-də verdiyi müsahibədə Suriya hökumətinin İdlib vilayətini və bu ölkənin şimal bölgəsini terrorçuların işğalından azad etmək qərarını son qərar və qaçılmaz adlandırıb.

 

İRİB-nin məlumatına görə, ƏL-Məyadin kanalına müsahibə verən Bəşar Əl-Cəfəri deyib: "Suriya terrorizm üzərində qələbə qazanmaq və bu ölkənin bütün bölgələrinin təhlükəsizliyini təmin etmək istiqamətində hərəkət edir".

İdlib vilayəti Suriyada terrorçuların son düşərgəsidir.

Suriyanın BMT-dəki daimi nümayəndəsi həmçinin, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının faktaraşdırıcı komitəsinin "Duma" bölgəsində kimyəvi hücumlarla bağlı araşdırmalarının nəticələrinin manipulya edilməsi barədə deyib: "Suriya və onun müttəfiqlərinin döyüş meydanlarında irəliləyib qələbə qazandığı zaman BMT-nin qərbli üzvləri bu nailiyyətləri əngəlləmək üçün saxtakarlığa əl atırlar".

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı 2019-cu il fevral ayında bir hesabat yayaraq, 2018-ilin aprel ayında Suriya hökumətinin Duma bölgəsində  xlor qazından istifadə etdiyini iddia edib.

ABŞ, Fransa və İtaliya 2018-ci il aprel ayında yəni Şərqi Qutada yerləşən Duma bölgəsinə əsassız iddia olunan kimyəvi hücumdan düz bir həftə sonra Suriyanın müxtəlif bölgələrinə 100-dən artıq raket zərbəsi endirdilər.

Bu zərbələr Şərqi Qutanın terrorçulardan tam azad olunması ilə eyni zamanda endirildi.

Ondan əvvəl 2017-ci il aprelin 7-də ABŞ Suriyanın şimalinda və İdlib vilayətinin cənubunda yerləşən Xan Şeyxun bölgəsinə iddia edilən kimyəvi hücumu bəhanə edərək, Homs vilayətində yerləşən Əl-Şəirat Hava Bazasına raket zərbəsi endirdi.

Dəməşqin  kimyəvi silahlardan istifadə etməsi barədə saxta xəbərlər həmişə ABŞ və onun müttəfiqləri üçün Suriyada müdaxilələri, bu ölkəyə hərbi təcavüzləri və onun hərbi və iqtisadi infrastrukturlarını bombardman etmələri üçün bir bəhanə olub.

ABŞ və onun müttəfiqləri Suriyadakı terrorçuların məğlub olmasından kəskin narahatdırlar.