Misirdə 25 yanvar inqilabının ildönümü ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i356606-misirdə_25_yanvar_inqilabının_ildönümü_ilə_əlaqədar_təhlükəsizlik_tədbirləri_gücləndirilib
Misir hökuməti bu ölkə xalqının 2011-ci ildə Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnən inqilabının 9-cu ildünümü ərəfəsində küçə və prospektlərdə təhlükəsizlik tədbirlərini gücləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 25, 2020 06:12 Asia/Baku
  • Misirdə 25 yanvar inqilabının ildönümü ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib
    Misirdə 25 yanvar inqilabının ildönümü ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Misir hökuməti bu ölkə xalqının 2011-ci ildə Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnən inqilabının 9-cu ildünümü ərəfəsində küçə və prospektlərdə təhlükəsizlik tədbirlərini gücləndirib.

Fars Xəbər Agentliyinin bildirdiyinə görə, Misirin təhlükəsizlik qüvvələri 2011-ci ilin 25 yanvar inqilabının ildönümünə bir gün qalmış, müxalifət tərəfindən aksiya keçirmək çağırışını nəzərə alaraq, bu ölkənin əsas meydanlarında yerləşib.

Şənbə günü yanvarın 25-i Misir xalqının böyük inqilabının qələbəsindən 9 il ötür. Misir xalqı 2011-ci il 25 yanvar tarixində Hüsnü Mübarəkin 30 illik diktatorluq hakimiyyətinə son qoydu.

İnqilabdan 9 ilin ötməsinə baxmayaraq, onun şüarlarının heç biri öz əksini tapmayıb və bu ölkə xalqı hələ də işsizlik, inflyasiya və etibarsızlıqla üz-üzədir.

Əbdül Fəttah Əl-Sissi 2013-cü ildə hərbi çevriliş yolu ilə Misirin keçmiş prezidenti Məhəmməd Mursini hakimiyyətdən kənarlaşdırdı.