Suriya ordusu terrorçuların son bazasını məhv etmək ərəfəsindədir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i356681-suriya_ordusu_terrorçuların_son_bazasını_məhv_etmək_ərəfəsindədir
Suriya ordusu bu ölkənin şimal qərbində İdlib beynəlxalq magistralını nəzarətə alaraq cənubdan bu şəhərin bir kilometrliyinə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 26, 2020 12:53 Asia/Baku
  • Suriya ordusu terrorçuların son bazasını məhv etmək ərəfəsindədir
    Suriya ordusu terrorçuların son bazasını məhv etmək ərəfəsindədir

Suriya ordusu bu ölkənin şimal qərbində İdlib beynəlxalq magistralını nəzarətə alaraq cənubdan bu şəhərin bir kilometrliyinə çatıb.

İdlib vilayəti Suriyadakı terrorçu qrupların son bazasıdır və bu vilayət, Hələbin bəzi qərb və Laziqiyyənin şərq hissələri ilə birlikdə azad edilərsə Suriyada terrorizmin fəaliyyətinə son qoyulmuş olacaq. 

Terrorçuların Hələbdə yaşayış məntəqələrinə qarşı terror hücumlarından sonra müqavimət mehvəri yaraqlı təkfirçilərin gözünə yuxunu haram etdi. 

Kişi: Terrorçulara heç bir təhlükəsiz nöqtə qalmayacaq, onların xalqın təhlükəsizliyini pozmalarına imkan verməyəcəyik. Terrorçuların Hələbi tərk etməkdən başqa çarələri yoxdur. 

Bu misli az görünmüş hücum nəticəsində terrorçuların bir çox qərargahları məhv edilib. 

İdlibdə ordunun qərargahına edilən hücum isə ağır atəşlə dəf edilib. 

Kişi: Terrorçuların hücumu ağır idi biz gücümüzü bərpa etmək üçün geri oturduq amma dərhal sonra bir neçə istiqamətdən hücuma keçərək onları məhv etdik. 

Beləliklə Suriya ordusu işğal olunmuş bölgələri geri alıb və şərqi Deyr və Mərətül-Şəmarin kimi yeni bölgələri terrorçuların şərrindən xilas edib. 

Kişi: Biz təkfirçilərə hərəkət imkanı verməyəcəyik. 

İndi yeni irəliləyişlərlə Hələbin Dəməşqə qovuşaq nöqtəsi olan, Mərətül-Nəmana çox məsafə qalmayıb.