Suriya ordusunun yeni uğuru
https://azeri.sahartv.ir/news/qərbi_asia-i356774-suriya_ordusunun_yeni_uğuru
Suriya ordusu bu ölkənin şimalındakı Hələb vilayətinin cənubunda yerləşən "Curf Əlhəsr" bölgəsini terror qruplarının işğalından azad edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 28, 2020 11:44 Asia/Baku
  • Suriya ordusunun yeni uğuru
    Suriya ordusunun yeni uğuru

Suriya ordusu bu ölkənin şimalındakı Hələb vilayətinin cənubunda yerləşən "Curf Əlhəsr" bölgəsini terror qruplarının işğalından azad edib.

Bu ordu bu gün səhər tezdən terrorçuların Hələbin cənubunda yerləşən mövqelərini darmadağın edərək, onları geri çəkilməyə məcbur edibdir.

Suriya ordusunun hücumunda bir qrup terrorçu da ölüb və ya yaralanıbdır.

Bu ordu Suriyanın şimal-qərbindəki İdlib şəhərinin ətrafında yerləşən Əlsəvamə kəndi və Muəsran qəsəbəsini də terrorçuların işğalından azad edibdir.

Suriya ordusu ötən cümə günündən bəri Hələb ətrafındakı və İdlibin cənub-şərqindəki bəzi bölgələri təmizləməyə başlayıbdır.

İdlib vilayəti terror qruplarının Suriyadakı sonuncu bazasıdır və bu vilayətin, həmçinin Laziqiyyənin şərqi və Hələbin qərbindən bəzi hissələrin azad edilməsilə bu ölkədəki terrorizm qurşağı yığışdırılmış olacaqdır.