Gəmilərin saxlanılmasına etiraz
https://azeri.sahartv.ir/news/qərbi_asia-i357220-gəmilərin_saxlanılmasına_etiraz
Yəmən xalqından bir qrupu və bir qrup yəmənli fəal dünən dövlət işçiləri və neft sektorunun işçiləri ilə yanaşı BMT-nin Sənadakı qərargahı qarşısında təcavüzkarların dəniz quldurluğuna, həmçinin yanacaq və neft məmulatları daşıyan gəmilərin saxlanılmasına qarşı aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 05, 2020 13:16 Asia/Baku
  • Gəmilərin saxlanılmasına etiraz
    Gəmilərin saxlanılmasına etiraz

Yəmən xalqından bir qrupu və bir qrup yəmənli fəal dünən dövlət işçiləri və neft sektorunun işçiləri ilə yanaşı BMT-nin Sənadakı qərargahı qarşısında təcavüzkarların dəniz quldurluğuna, həmçinin yanacaq və neft məmulatları daşıyan gəmilərin saxlanılmasına qarşı aksiya keçirib.

Təcavüzkarların dəniz quldurluğundan üç yüz günün keçməsilə təşkil olunan bu aksiyada məqsəd, BMT-nin Yəmən xalqının əzablarına son qoymaq üçün ciddi addımlar atmasının zərurətinə təkiddir.

Yəmənlilər öz ölkələrinin mühasirəsinə son qoyulmasını istəyiblər. Səna meydanları aksiya və yürüşlərin keçirilməsinin şahididirlər. Bu nümayişlər Yəmən xalqının əzab və problemlərinin dərinliyini göstərirlər. Amma belə görünür ki, BMT bu aksiyalara o qədər də məhəl qoymur. Bu mövqe öz növbəsində göstərir ki, Yəməndə insani ehtiyacların təmini üçün ciddi beynəlxalq səylər göstərilmir.