Qüds Fələstinin əbədi paytaxtıdır
Fev 07, 2020 12:52 Asia/Baku
-
Qüds Fələstinin əbədi paytaxtıdır
Fələstin muxtariyyətinin başçısı vurğulayıb ki, Qüds Fələstinin əbədi paytaxtıdır.
Mahmud Abbas dünən axşam Ramullah şəhərində Fələstin vətəndaş cəmiyyətinin nümayəndələri qarşısında bildirib ki, Amerikanın "əsrin sövdələşməsi" planı İngiltərənin Balfur Bəyannaməsinin tayıdır. O, sonra deyib ki, beynəlxalq hüquq normalarında qəbul edilmiş Fələstin xalqının hüquqlarında zərrə qədər güzəştə getməyəcəkdir.
Mahmud Abbas vurğulayıb ki, "əsrin sövdələşməsi" fitnəsi ilə hazırkı mübarizə öz növündə sonuncu mübarizə olmayacaqdır. O, deyib: Hazırda "əsrin sövdələşməsi" adı ilə Fələstin xalqına təqdim olunan məsələ, elə 1917-ci il Balfur Bəyannaməsində qeyd olunan məsələdir.