İdlib vilayətinin yarısı terrorçuların işğalından azad edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i357482-İdlib_vilayətinin_yarısı_terrorçuların_işğalından_azad_edilib
Suriya ordusu bu ölkənin şimalında yerləşən İdlib vilayətinin təqribən 50%-nə yiyələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 10, 2020 06:53 Asia/Baku
  • İdlib vilayətinin yarısı terrorçuların işğalından azad edilib
    İdlib vilayətinin yarısı terrorçuların işğalından azad edilib

Suriya ordusu bu ölkənin şimalında yerləşən İdlib vilayətinin təqribən 50%-nə yiyələnib.

İdlib vilayəti terrorçuların Suriyadakı sonuncu bazasıdır. Bu vilayətin, həmçinin Hələbin qərbindən və Laziqiyyənin şərqindən bəzi hissələrin azad edilməsilə terrorizmin bu ölkədə iştirakına son qoyulacaqdır. Suriya ordusu Hələb ətrafında irəliləyərək, bir sıra məntəqələri terrorçuların işğalından azad edibdir.

Suriyanın ordusu və silahlı qüvvələrinin baş komandanlığı dünən bildirib ki, ordu qüvvələrinin irəliləyişi gedişində 600 kvadrat-kilometrdən çox bir sahəyə malik ərazi İdlibdə və Hələbin ətrafında terrorçuların işğalından azad edilibdir.

Belə bir halda, Suriyada milli barışıq heyətinin üzvü Ömər Rəhmun İdlib ətrafındakı bölgə və qəsəbələrin sakinlərinin ordunun daxil olması üzrə çağırışından və terror qruplarına qarşı olan suriyalı qruplarla həmkarlığa hazır olmalarından xəbər verib.

Suriyanın şərqində yerləşən Diyrəzzur şəhərinin cənubunda da bu ölkə ordusu İŞİD terrorçularına qarşı geniş əməliyyata başlayıb və terrorçuların mövqelərini ağır texnika ilə atəşə tutubdur.

Suriya ordusunun Dəməşq-Hələb beynəlxalq şose yoluna tərəf irəliləyiş üzrə hərbi əməliyyatı davam edir.