Hələb vilayətinin digər bölgələri azad edilib
-
Hələb vilayətinin digər bölgələri azad edilib
Suriya mediaları bu ölkənin şimalında yerləşən Hələb vilayətinin digər bölgələrinin terrorçuların işğalından azad edilməsindən xəbər veriblər.
Suriya ordusu Hələbin cənub-qərbində yerləşən Kəfər Nuran və qərbində yerləşən Xan Ələşəl kəndlərini azad etməyə müvəffəq olub.
Suriya İnsan Haqları Gözətçisi adlı mərkəzin bildirdiyinə görə, bu ölkə ordusu Hələb-Dəməşq avtomagistralını öz nəzarətinə alıbdır.
Suriya ordusu həmçnin Hələb şəhərinin ətrafında yerləşən Raşidin-4 bölgəsini terrorçuların işğalından azad edib.
Suriya ordusu ötən günlər ərzində və 600 kvadrat -kilometrdən çox olan öz irəliləyişlərinin davamında yeddi ildən sonra Hələb-Dəməşq beynəlxalq avtomagistralını azad və Suriyanın iki iri şəhəri arasında gediş-gəlişi bərqərar edibdir.
İdlib vilayəti terror qruplarının Suriyadakı sonuncu bazalarıdır. Bu vilayətin, həmçinin Laziqiyyənin şərqi və Hələbin qərb hissələrinin azad edilməsilə terrorizmin bu ölkədəki iştirakına son qoyulacaqdır.