Bəhreyndə 11 yaşlı uşaq aksiyada iştirak ittihamı ilə həbs edilib
-
Bəhreyndə 11 yaşlı uşaq aksiyada iştirak ittihamı ilə həbs edilib
Ali-Xəlifə rejiminin prokurorluğu 14 fevral aksiyasında iştirak ittihamı ilə Əmin Rza adlı 11 yaşlı uşağın bir həftəlik saxlanılmasına qərar verib.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, 11 yaşlı bu uşaq fevralın 14-ü Bəhreyn xalqının qiyamının 9-cu ildönümündə etiraz aksiyasında iştirakına görə bir neçə saat saxlanılıb ancaq valideynlərinin təzminatı ilə buraxılıb amma dünən prokurorluq onun bir həftəlik saxlanılmasına qərar verib.
Bəhreyndə hüquq müdafiəçisi Ebtisam Əsaeğ öz tvitter səhifəsində yazıb: Bu uşaq onun siyasi işinə baxılması üçün bir həftə müddətinə saxlanılıb .
Bəhreynlilər bu ölkə xalqının inqilabının 19-cu ildönümü münasibəti ilə təhdidlər və gücləndirilmiş təhlükəsizlik tədbirlərinə rəğmən 14 fevralda aksiya keçirdi və həmin aksiyada bir neçə uşaq da daxil 13 nəfər həbs olundu.