Qaçqınlar üzrə Ali Komissrlığı İraqda yaşayan fələstinli didərginlər barədə sözünü tutmayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i357899-qaçqınlar_üzrə_ali_komissrlığı_İraqda_yaşayan_fələstinli_didərginlər_barədə_sözünü_tutmayıb
Bağdadda məskunlaşmış fələstinli didərginlər Qaçqınlar üzrə Ali Komissarlığın onların ev kirayəsini ödəyəcəyinə dair sözünü tutmamasına etiraz olaraq aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 18, 2020 12:53 Asia/Baku
  • Qaçqınlar üzrə Ali Komissrlığı İraqda yaşayan fələstinli didərginlər barədə sözünü tutmayıb
    Qaçqınlar üzrə Ali Komissrlığı İraqda yaşayan fələstinli didərginlər barədə sözünü tutmayıb

Bağdadda məskunlaşmış fələstinli didərginlər Qaçqınlar üzrə Ali Komissarlığın onların ev kirayəsini ödəyəcəyinə dair sözünü tutmamasına etiraz olaraq aksiya keçiriblər.

Bəlkə də inanmayacaqsınız, bu binada 70 ildir didərgin həyatı yaşayan insanlar məskunlaşıb. Artıq qaçqınların birinci nəslindən kimsə qalmayıb, doğrudu burada yaşayanlar gözlərini açandan İraqda olublar amma hələ də özlərini fələstinli bilirlər. 

M.Z- Biz fələstinli didərginlər baxmayaraq ki, ağır illəri arxada qoymuşuq amma heç vaxt Fələstin məsələsini unutmamışıq, öz övladlarımıza fələstinli olduğumuzu, nəhayət bir gün oranın azad olunmalı olduğunu deyirik.

İndi Qaçqınlar üzrə Ali Komissarlıq "əsrin sövdələşməsi" planı ilə eyni istiqamətdə olaraq Bağdadda yaşayan onlarla fələstinli ailələrin mənzil kirayəsi pulunu kəsib və beləliklə sionistlərin işğalçılığı nəticəsində öz doğma yurdlarından məcburi köçkün düşənlər ikinci dəfə olaraq didərginlik təhlükəsi ilə üzləşir. 

M.M- Fələstinin himayədarlarına və oyaq olan vicdanlara deyirik ki, bizi başa düşün, biz acınacaqlı durumdayıq. Qürbət illərinin acılarına çox dözmüşük amma yenidən dirərgin düşməyə dözümümüz yox. 

Çətin yaşayışlarına rəğmən hələ də Qüds və Məscidül-Əqsanın adı bu didərginlərin dillərindən düşmür. 

Onlar gələcəyə ümid edir və perspektivdə Qüdsün azadlığı sübhünün açılacağını görürlər.