Suriyanın şimal şərqində 300 maşın silah göndərilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i357968-suriyanın_şimal_şərqində_300_maşın_silah_göndərilib
Suriyada Rusiyanın Barışıq Mərkəzi 300 maşın Amerika silahının Suriyanın şimal şərq bölgələrinə göndərilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 19, 2020 09:26 Asia/Baku
  • Suriyanın şimal şərqində 300 maşın silah göndərilib
    Suriyanın şimal şərqində 300 maşın silah göndərilib

Suriyada Rusiyanın Barışıq Mərkəzi 300 maşın Amerika silahının Suriyanın şimal şərq bölgələrinə göndərilməsindən xəbər verib.

İSNA-nın verdiyi məlumata görə, Suriyada Rusiya Barışıq Mərkəzinin rəhbəri Oleq Juravlev deyib: ABŞ ordusu cari milad ayının əvvəlindən İraqdan Suriyanın şimal şərqinə 13 hərbi karvan göndərib və bu karvanlara silah daşıyan 300 yük maşını da daxildir. 

Juravlev deyib: Silahlı qruplar üçün göndərilən bu amerikan silahlar, Türkiyə hərbçilərinə və Suriyanın bu bölgələrindəki mülki əhaliyə qarşı istifadə olunur. 

Suriyada Rusiyanın Barışıq Mərkəzinin rəhbəri deyib: Silahlı qrupların hücumlarına görə, suriyalı mülki əhali bu ölkənin şimal şərq bölgələrini tərk edərək  Suriyanın qanuni hökumətinin nəzarətində olan ərazilərə doğru hərəkət etməli olur. 

Amerikanın işğalçı qüvvələri son bir neçə ay ərzində özünün işğalı altında olan mövqeləri gücləndirmək və Suriya nefti və sərvətlərini qarət etmək məqsədi ilə, qeyri-qanuni keçidlər vasitəsi ilə Suriyanın şimal şərq bölgələrinə minlərlə maşın silah və hərbi sursat göndərib. 

Amerika qeyri-qanuni olaraq Suriyaya 7 min hjərbçi göndərib. 

AMERİKAN SİLAHLAR DAŞIYAN 300 YÜK MAŞINI SURİYANIN ŞİMAL ŞƏRQ BÖLGƏLƏRİNƏ GÖNDƏRİLİB