Səud təcavüzkarları Əlhudəydəyə artilleriya hücumları ediblər
Fev 20, 2020 06:52 Asia/Baku
Səud təcavüzkarları Əlhudəydə vilayətində atəşkəsin pozulmasının davamında bu vilayətin bəzi bölgələrini artilleriya hücumlarına məruz qoyublar.
Səud təcavüzkarlarının artilleriyası Əltəhita rayonunda yerləşən Əlcəbəliyə bölgəsinə 43 mərmi atıbdır.
Mühasirədə olan Əldərihmi şəhərindəki yerli bir mənbə də deyibdir ki, təcavüzkar səud qüvvələrinin artilleriya hücumları nəticəsində bu şəhərdəki bir sıra mənzilə güclü xəsarətlər dəyibdir.
Əldərihmi şəhərinin Əlşəcən kəndi də artilleriya hücumlarına məruz qalıbdır.