Şəhid Əbu Mehdi Əl-Mühəndisin xələfi təyin olunub
Fev 21, 2020 10:27 Asia/Baku
-
Şəhid Əbu Mehdi Əl-Mühəndisin xələfi təyin olunub
İraqın xalq səfərbər qüvvələri Həşdüş-Şəbi cümə axşamı qünü fevralın 20-də Əbu-Fədək Əl-Məhəmmədavini, Əbu Mehdi Əl-Mühəndisin xələfi olaraq, bu qüvvələrin komandan müavini vəzifəsinə təyin edib.
Təsnim Xəbər Agentliyinin məlumatına görə, İraqın xalq səfərbər qüvvələrinin yüksək rütbəli rəsmilərindən olan Əbu Əli Əl-Bəsəri bu barədə məlumat verib.
Onun sözlərinə görə, Həşdüş-Şəbi qüvvələrinin Əbu Fədəkin Şəhid Əbu Mehdi Əl-Mühəndisin yerinə təyin olunmasına razılıq verməsindən sonra İraq silahlı qüvvələrinin baş komandanının yaxın iki gündə bu qrarı təsdiqləyəcəyi gözlənilir.
İraqda Həşdüşə-Şəbi təşkilatının müavinin təqdimatı Əbu Mehdi Əl-Mühəndisin qırxı günü mərasimlərindən sonra həyata keçirilib.