Hizbullah: "Şəhid Süleymani regionun xilaskarı idi"
https://azeri.sahartv.ir/news/qərbi_asia-i358041-hizbullah_Şəhid_süleymani_regionun_xilaskarı_idi
Livan Hizbullahının İcraçı Şurasının sədri İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Qüds Qüvvələrinin şəhid Komandanı Hacı Qasim Süleymanini Qərbi Asiya regionunun xilaskarı adlanıraraq, qeyd edib ki, onun pak qanı Qüdsün azadlığını daha da yaxınlaşdıracaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 21, 2020 10:27 Asia/Baku
  • Hizbullah:
    Hizbullah: "Şəhid Süleymani regionun xilaskarı idi"

Livan Hizbullahının İcraçı Şurasının sədri İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Qüds Qüvvələrinin şəhid Komandanı Hacı Qasim Süleymanini Qərbi Asiya regionunun xilaskarı adlanıraraq, qeyd edib ki, onun pak qanı Qüdsün azadlığını daha da yaxınlaşdıracaq.

İRİB-nin məlumatına görə, Seyid Haşim Səfi Əd-Din "Yu-Nyus" xəbər agentliyilə müsahibədə vurğulayıb: "Hacı Qasimin qanı Qüdsü azad edəcək və şübhəsiz ABŞ-ın regiondakı varlığına son qoyacaqdır".

Livan Hizbullahının İcraçı Şurasının sədri həmçinin, müqavimət qüvvələrinin Livanın 33 günlük müharibəsindəki müqavimətini şəhid Qasim Süleymani və Hizbullahın komandirlərindən olan və Hacı Rizvan ləqəbilə tanınan Şəhid İmad Müğniyənin ardıcıl səylərinin nəticəsi adlandırıb və əlavə edib: " şəhidlər Süleymani və Müğniyə Vaşinqtonun dünyaya nəzarət və hegemoniya strategiyasını neytrallaşdırdı".

Son vaxtlar Livan Hizbullahının baş katibi də sərdar Süleymaninin Qərbi Asiyada müqavimət qüvvələrinə dəstəklərini xatırladaraq, onun həmişə terrorçulara və sionistlərə qarşı döyüş meydanlarında müqavimət qüvvələrinin kənarında olduğunu və onlara yol göstərdiyini bəyan edib.