Səudiyyə Ərəbistanının bir neçə şəhərinə raket hücumu edilib
-
Səudiyyə Ərəbistanının bir neçə şəhərinə raket hücumu edilib
Yəmən ordusu və xalq komitələri cümə günü fevralın 21-də səhər saatlarında bir daha səud hərbçilərinin Ərəbistanın müxtəlif şəhərlərindəki mövqelərinə raket zərbələri endirib.
Ərəbistanın rəsmi xəbər agentliyi VAS-ın məlumatına görə, Yəmən ordusu tərəfindən atılan raketlər ballistik raketləri olub və Yəmənin paytaxtı Səna şəhərindən Ərəbistana atılıbdır.
Məlumatda hədəfə alınmış şəhərlərə işarə olunmadan iddia edilib ki, Ərəbistanın hava hücumundan müdafiə qüvvələri bir neçə raketi izləyərək, zərərsizləşdiribdir.
Yəmənin Ənsarullah Hərəkatı fevralın 15-də səhər saatlarında ,Səudiyyə Ərəbistanına məxsus bir ədəd "tornado" qırıcı təyyarəsini Əl-Cof məntəqəsində yüksək texnologiyalı və qabaqcıl quru-hava raketlərilə hədəfə alaraq, məhv edibdir.
Yəmən ilə Səud Koalisiyası arasında müharibə 2015-ci il martın 26-dan başlayıb və artıq altıncı ilinin astanasındadır.