Hələb avtomagistralı yenidən açılıb
-
Hələb avtomagistralı yenidən açılıb
Suriya ordusu strateji Hələb-Dəməşq avtomagistralını azad etməyə və səkkiz ildən sonra bu ölkənin əsas iqtisadi arteriyasının fəaliyyətinin bərpası üçün yolu aça bilibdir.
Şəhərə giriş meydanı. Hələb-Dəməşq avtomagistralının başlanğıcı. Bu magistral yolu Hələbin azad edilməsindən iki həftə sonra hazırda əhaliinin üzünə açıqdır.
M.K- Hələb şəhərinin sənaye şəhəri olmasına görə, Hələb-Dəməşq yolu olduqca mühümdür. Belə ki, terrorçuların başçısı Culani demişdi ki, buranı itirməyimiz mümkünsüzdür, amma hazırda əhali onda get-gəl edir.
M.K- Yol çox yaxşı olub. Buna görə, orduya, müqavimət qüvvələrinə və Suriyanın sadiq dostlarına təşəkkür edirik.
Şəhərlərarası taksilərin sürücüləri daha 4 saatdan az olan bir yolu 7 və ya 8 saata getməyə məcbur deyillər.
Ölkənin şimalından cənubuna yük daşınması da asanlaşıbdır.
M.K- Ordunun və müqavimət qüvvələrinin köməyi ilə yol açılıb və istehsal olunan malları yaxın-uzaq vilayətlərə göndərmək üçün mötəbər yoldur.
Bu magistral yolu Suriyanın baş iqtisadi arteriyası sayılır.
Hələb şəhərindən başlanan bu 375 kilometrlik avtomagistral Həma və Hums vilayətlərindən keçərək, Dəməşqə qovuşur.