Suriyanın İfrin şəhərində partlayış; 60-dan çox ölən və yaralanan var
https://azeri.sahartv.ir/news/qərbi_asia-i361125-suriyanın_İfrin_şəhərində_partlayış_60_dan_çox_ölən_və_yaralanan_var
Suriyanın Hələb vilayətinin İfrin şəhərində içərisinə bomba yerləşdirilmiş bir avtomobilin partladılması nəticəsinə 20-dən çox adam ölüb onlarla adam yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2020 18:19 Asia/Baku
  • Suriyanın İfrin şəhərində partlayış; 60-dan çox ölən və yaralanan var

Suriyanın Hələb vilayətinin İfrin şəhərində içərisinə bomba yerləşdirilmiş bir avtomobilin partladılması nəticəsinə 20-dən çox adam ölüb onlarla adam yaralanıb.

Hələb Today telekanalının verdiyi məlumata görə, bu partlayış geniş yanğına səbəb olub, alovlar ətrafdakı avtomobillərdən əlavə bəzi evlərə də yayılıb. 

Bu məlumata görə, yerli rəsmilər və şahidlər hadisə nəticəsində 20-dən çox adamın öldüyünü və 40 nəfərin yaralandığını bildiriblər. 

Yayılan videolar partlayış baş verərkən qadın və uşaqların da hadisə yerind olduğunu göstərir. 

Bu son sutka ərzində İfrində ikinci partlayış hesab olunur. İlk partlayış Tərəndə şosesində baş verdi və onun nəticəsində sakinlər ziyan gördülər. 

İfrin şəhəri və onun ətraf əraziləri iki ildən çoxdur ki, Türkiyə hərbçilərinin və yaraqlıların nəzarətindədir.