May 26, 2020 08:54 Asia/Baku
  • Qüdsün yəhudiləşdirilməsi planının həyata keçirilməsi barədə göstəriş

Sionist rejimin baş naziri qərara alıbdır ki, Qüdsün yəhudiləşdirilməsi planını 200 milyon şekel-dən yuxarı bir xərclə icra etsin.

SəhərAzəri xəbər verir, Benyamin Netanyahu göstəriş veribdir ki, 200 milyon şekel-dən yuxarı bir xərclə Qüdsün yerinin yəhudilər arasında genişləndirilməsi üzrə bir plan həyata keçirilsin.

Netanyahu vurğulayıbdır ki, bu məsələ koronavirus dövründə də önəmlidir və Qüds həmişə sionist rejimin prioritetlərinin önündə durmalıdır.

Belə bir halda, Netanyahu bildiribdir ki, qərb sahilindən bəzi hissələrin işğal olunmuş ərazilərə qatılması planını iyulun birindən icra edəcəkdir.

Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas ötən çərşənbə axşamı günü sionist rejimin qərb sahilindən yeni hissələri işğal etmək üzrə qərarına reaksiyada bildirdi ki, bu rejim və Amerika ilə əlaqələri kəsəcəkdir.

Teqlər

Şərhlər