May 31, 2020 08:52 Asia/Baku
  • İşğal olunmuş Qüdsdə etiraz aksiyası keçirilib

Mayın 30-da yüzlərlə insan gecə saatlarında əqli zəifliyi olan gənc bir fələstinlinin şəhid edilməsinə etiraz olaraq, işğal olunmuş Qüdsdə etiraz aksiyası keçiriblər.

SaharAzeri İvrit dilində nəşr edilən "Haaretz" qəzetinin yazdığına görə, etirazçılar, üzərində "Fələstinlilərin həyatı önəmlidir", "Fələstinli olmaq cinayət deyil", "Əyada ədalət" cümlələri yazılmış plakatları əllərində tutaraq, sionist rejim hərbçilərinin zorakılığını qınayıblar.

Sionist rejim hərbçiləri şənbə günü səhər saatlarında əqli zəifliyi olan "Əyad Əl-Həlaq" adlı gənc bir fələstinlini işğal edilmiş Qüdsün qədim hissəsində yerləşən "Babəl-Əsbat" bölgəsində hədəfə alaraq, şəhid ediblər.

Sionist rejim bu fələstinli gəncin hədə almasını etiraf edib və sonda onun silah daşımadığının məlum olduğunu elan edib.

Fələstinin Xarici İşlər Nazirliyi mayın 30-u bir bəyanat yayaraq, bu cinayəti pisləyib və elan edib ki, sionist rejim birbaşa işğalçı əsgərlərə fələstinliləri öldürmək əmri veribdir.

 

Teqlər