İyun 06, 2020 08:35 Asia/Baku
  • Ərəbistanın qızıl dövrü sona çatır-TƏHLİL

Neft qiymətlərinin aşağı düşməsi və koronavirus pandemiyası Səudiyyənin iqtisadiyyatını çökdürür.

SaharAzeri, Səudiyyə Ərəbistanında problemlər 2015-ci ildə ən yüksək həddə çatıb və zəngin Səudiyyə Ərəbistanını bir çox problemlə üzləşdirib. Son illərdə Səudiyyə Ərəbistanı Suriya, İraq, Livan, Yəmən və bölgədəki digər ölkələrdə terrorçu qrupları təchiz etmək və silahlandırmaq üçün 200 milyard dollar xərcləyib. 300 milyardlıq Yəmən müharibəsini də buna əlavə etmək olar. Səudiyyənin neft gəlirlərinin təxminən 500 milyard dollarını bölgədəki müsəlman xalqını öldürmək və onlara qarşı hiylə qurmaq üçün xərclədiyini görürük.  

Digər tərəfdən Səudiyyənin səhv siyasətləri ölkədə iqtisadi böhrana səbəb olub. Bunun nəticəsində xalqa yaşayış müavinətlərinin ödənişi belə dayandırılıb. Hazırda isə koronavirusun yayılması təkcə Səudiyyə Ərəbistanındakı gündəlik həyata təsir etməyib, həm də Səudiyyə Ərəbistanını geniş sərvətindən məhrum edib. Vəliəhd Məhəmməd ibn Salmanın isə iqtisadi və sosial planları iflasa uğrayıb və hətta ölkənin təhlükəsizliyinə təhlükə yaradıb. İbn Salman bu yaxınlarda Səudiyyə Ərəbistanının neft gəlirlərinə əbədi etibar edə bilmədiyini etiraf edib.

Ekspertlərin dediyinə görə, iqtisadi böhran ölkəni parçalayan sinif bölgüsünü ortaya qoyub. Bundan əlavə keçmişdə zəngin Səudiyyə Ərəbistanı həmişə böyük neft gəlirləri səbəbindən digər ölkələrə aşağı faizli kreditlər və ya pulsuz kreditlər verirdisə, indi Ali Səud üçün vəziyyət fərqlidir. Yəmən və Suriya, İraq və Liviyada terrorçulara dəstək verməsi səudiyyələrin Dünya Bankından borc almasına da səbəb olub.  

Səudiyyə Ərəbistanı üçün daha bir böyük problem, vəliəhd şahzadənin planlarının və xəyallarının uğursuzluğunu birbaşa əks etdirən, iki il əvvəl başlayan ölkənin inkişaf planının dayandırılmasıdır. Bu uğursuzluğun səbəbi hər tərəfdən Səudiyyə Ərəbistanındakı iqtisadi vəziyyətin zəif olmasına bağlıdır. Beynəlxalq təşkilatların iqtisadi hesabatları da göstərir ki, şahzadənin baxışı və siyasəti qeyri-real və Səudiyyə Ərəbistanının iqtisadi potensialı və sosial iqlimi ilə uyğun deyil.  

Həmçinin Səudiyyə şahzadələri arasındakı daxili çəkişmələr və çox sayda insanın həbs olunması, ibn Salmanın Səudiyyə Ərəbistanındakı səhv idarə etməsinin digər bir nəticəsidir ki, çox qısa müddətdə Səudiyyə ailəsini dağıda bilər. Bu isə saysız böhranların meydana çıxmasına və krallığın qızıl dövrünün bitməsinə gətirib çıxara bilər.  

 

Teqlər