İyun 15, 2020 18:44 Asia/Baku
  • İşğal olunmuş ərazilərdə fələstinlilərin evləri dağıdılıb

Sionist rejim hərbçiləri işğal olunmuş ərazilərdə düşmənçilik hərəkətlərinin davamı olaraq, fələstinlilərin iki yaşayış binasını dağıdıblar.

SəhərAzəri İRİB-a istinadla xəbər verir, işğalçı sionist rejiminin bulduzerləri bu gün səhər saatlarında işğal olunmuş ərazilərin şimal hissəsində yerləşən "Şəfat" düşərgəsində fələstinlilərə aid iki yaşayış binası və bir anbarı məhv ediblər.

Sionist hərbçiləri keçən həftədə Qüds şəhərində iki mənzili və bir mağazanı lisenziyanın olmaması bəhanəsilə dağıdıblar.

Bəzi ərəb ölkələrinin sionist rejimlə münasibətləri normallaşdırması proseslərinin sürətlənməsilə eyni zamanda bu rejimin fələstinlilərə qarşı təcavüzkarlığı daha da artıbdır.

Sionist rejimi Fələstin bölgələrinə nəzarətini gücləndirmək məqsədilə  sionist sakinli qəsəbələr salmaq və fələstinlilərin mənzillərini dağıtmaqla bu bölgələrin demoqrafik quruluşunu dəyişdirməyə çalışır.

 

Teqlər

Şərhlər