İyul 06, 2020 08:40 Asia/Baku
  • Amerika yəmənliləri bombalamağı dayandırmalıdır

Konnektikut ştatından olan demokrat senator Kris Morfi bazar günü gecə ölkəsinin Yəmənə qarşı hücumlarının dayandırılmasını istəyib.

SəhərAzəri xəbər verir, Kris Morfi tvitterdə ABŞ-ın Yəmənə qarşı militarist siyasətlərini tənqid edərək, vurğulayıb ki, Amerika yəmənliləri bombalamağı dayandırmalıdır.

Morfi Yəməndə koronavirus epidemiyasına da toxunub və belə deyib: Ehtimal üzrə COVID-19 xəstəliyinə yoluxmuş yəmənlilərin 27%-i həyatını itirəcəkdir.

Amerikanın Vermont ştatından olan senator Berni Senders də son zamanlar vurğulamışdı ki, Yəmən dünyadakı ən böyük insan böhranlarından biri ilə üz-üzədir.

O, bildirmişdi ki, Amerikanın səud rejimi ilə həmkarlığı bu insan böhranının davam etməsinə kömək edibdir.

Səud koalisiyasının Yəmənə qarşı savaşının ağır nəticələrinin kənarında bu ölkədə koronavirusun yayılması Yəmənin ən böyük probleminə çevrilibdir. Zira bu ölkənin xəstəxana və səhiyyə infrastrukturları məhv olub və ya fəaliyyətini dayandırıbdır.

Ərəbistan ABŞ-ın, BƏƏ-nin və bir neçə digər ölkənin dəstəyilə 2015-ci ilin martında Yəmənə hücum edərək, bu ölkəni mühasirə etdi. Ərəbistanın və müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək onlarla yəmənlinin ölümünə və milyonlarla yəmənlinin didərgin düşməsinə bais olubdur.

Ərəbistanın hərbi təcavüzü həmçinin yoxsul Yəmən ölkəsini kəskin dərman və qida maddələri çatışmazlığı ilə üzləşdiribdir.

 

Teqlər