İyul 11, 2020 08:55 Asia/Baku
  • Çin və Rusiya BMT-nin Sriyaya qarşı qətnaməsinə veto qoyublar

Rusiya və Çin dünən gecə BMT Təhlükəsizlik Şurasının Suriyanın mərkəzi hökumətinin razılığı olmadan bu ölkəyə humanitar yardımların göndərilməsi ilə bağlı qətnaməsinə veto qoyublar.

SəhərAzəri xəbər verir, Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının Suriyanın mərkəzi hökumətinin razılığı olmadan iki sərhəd-keçid vasitəsilə altı ay müddətinə bu ölkəyə humanitar yardımların göndərilməsi ilə bağlı qətnaməsinə veto qoyublar.

Rusiya və Çin iki gün əvvəl də BMT Təhlükəsizlik Şurasının Suriyanın mərkəzi hökumətinin razılığı olmadan bu ölkəyə humanitar yardımların göndərilməsinin müddətinin uzadılmasına dair qətnaməsinə veto qoyublar. 

Bu üçüncü dəfədir ki, Rusiya və Çin Suriyanın suverenliyini pozan qətnaməyə veto qoyurlar.

Qərb ölkələri uzun müddətdir bu qətnamənin qəbul olunması yollarını axtarırlar, Lakin Rusiya kəskin şəkildə ona qarşıdır və terrorizm ilə mübarizəyə xələl gəlməsin deyə, istənilən hərəkətin mərkəzi hökumətlə koordinasiya edilməsini vurğulayır.

Suriyada böhran 2011-ci ildən Səudiyyə Ərəbistanı, ABŞ və onların müttəfiqlərinin dəstəklədiyi terrorçu qruplaşmaların region parametrlərini sionist rejimin xeyrinə dəyişdirmək üçün geniş hücumu ilə başlayıb.

Suriya ordusu bu yaxınlarda İranın hərbi məsləhətçilərinin köməyi və Rusiyanın dəstəyilə İŞİD terror qruplaşmasının bu ölkədə fəaliyyətinə son qoyub.

Teqlər

Şərhlər