İyul 15, 2020 09:30 Asia/Baku
  • Fələstinin işğal olunmuş ərazilərində minlərlə sionist Netanyahunun korrupsiyasına qarşı aksiya keçirib

Dünən gecə minlərlə sionist baş nazir Benyamin Netanyahunun korrupsiyasına qarşı aksiya keçirərək, onun hakimiyyətdən getməsini tələb edib.

SəhərAzəri xəbər verir, aksiyaçılar sionist rejimin baş nazirinin evi qarşısında əllərində "Netanyahunun korrupsiyası ürək bulandırıcıdır" və " Netanyahu istefa ver" yazılmış plakatlar daşıyaraq, etiraz aksiyası keçiriblər.

Sionist rejimin bir neçə polis məmuru da maska taxmış etirazçıları mühasirəyə alıblar.

sionist rejimin baş naziri Benyamin Netanyahu üç ayrı-ayrı iş üzrə, o cümlədən rüşvətxorluq, fırıldaqçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir, Lakin koronavirusun yayılması onun məhkəməsinin gələn miladi ayına qədər təxirə salınmasına səbəb olub. Sionist rejimin qanunu ittiham olunan baş nazirin istefasını tələb etmir.

 

Teqlər

Şərhlər