İdlibdə Suriya və Türk qüvvələri arasında atəş mübadiləsi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i364709-İdlibdə_suriya_və_türk_qüvvələri_arasında_atəş_mübadiləsi
Suriya hökuməti qüvvələri ilə türk hərbiçiləri və onlara bağlı yaraqlılar arasında bu gün (cümə axşamı) Suriyanın şimal-qərbindəki İdlibin müxtəlif bölgələrində atəş mübadiləsi aparılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 16, 2020 15:58 Asia/Baku
  • İdlibdə Suriya və Türk qüvvələri arasında atəş mübadiləsi

Suriya hökuməti qüvvələri ilə türk hərbiçiləri və onlara bağlı yaraqlılar arasında bu gün (cümə axşamı) Suriyanın şimal-qərbindəki İdlibin müxtəlif bölgələrində atəş mübadiləsi aparılıb.

SəhərAzəri İSNA-ya istinadla xəbər verir, bu barədə yerli mənbələr Əl-Ərəbi Əl-Cədidə məlumat verib, Suriya hökuməti qüvvələri İdlibin şərqindəki Sarmin şəhərinə artilleriya hücumu edib və Türk qüvvələri də Əl-Mustuma şəhərinin Saraqeb qəsəbəsindəki Suriya ordusunun mövqelərini hədəfə alıb.
Həmçinin Suriya hökuməti qüvvələri bu səhər İdlibin cənubundakı Əl-Fatira, Kənsəfrə, Sufuhin və Filifel şəhərlərində üsyançıların mövqelərini atəşə tutub.
Türkiyə qüvvələri və suriyalı üsyançılar, həmçinin Suriya ordusunun Kəfərnəbəl şəhəri və onun ətrafındakı mövqelərini raket atəşinə tutublar.