Suriyada ABŞ-ın iki casusu həbs edilib
İyul 30, 2020 13:52 Asia/Baku
Suriyanın rəsmi xəbər agentliyi iki ABŞ casusunun bu ölkə qüvvələri tərəfindən həbs edilməsindən xəbər verib.
SəhərAzəri xəbər verir, Suriyanın rəsmi xəbər agentliyi SANA iyulun 29-da ABŞ tabeliyində olan Muğavir Əl-Sövrə terror qruplaşmasının üzvlərindən iki casusun Suriya qüvvələri tərəfindən bu ölkənin şərqində yerləşən Homs vilayətində həbs edilməsindən xəbər verib.
Saxlanılan bu iki casus ABŞ-ın əl-Tənəf bazasında təlim keçdiklərini və Əl-Qəryətəyn şəhərinə daxil olduqdan sonra Suriya ordusunun yerləşdiyi məkan və iqtisadi obyektlərdən fotolar çəkməyə daşladıqlarını etiraf ediblər.
Suriya ordusu bundan əvvəl də ABŞ-a bağlı bir neçə terrorçunu həbs edib.