Nəsrullahın Hayfa limanı haqda dedikləri sionistləri dəhşətə gətirdi
Nəsrullahın Hayfa limanı haqda dedikləri sionistləri dəhşətə gətirdi
Livan Hizbullahı baş katibinin Hayfa limanı barədə dedikləri sionist rejimi dəhşətə salıb.
Sahar Azari bildirir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın Hayfa limanı barədə dedikləri sionistləri dəhşətə salıb.
Livanın Əl-Məyadin informasiya kanalı rəsmi internet səhifəsində yazıb: 4 avqustda Beyrutda baş verən partlayışın ardınca Livan Hizbullahına qarşı təbliğatlar artıb və baş vermiş hadisədə Hizbullahın məsuliyyət daşıdığına dair fikirlər səsləndirilir.
Livan Hİzbullahının baş katibi Seyid Həsən Nəsrullah isə bu ittihamlara qətiyyətlə cavab verərək deyib: Bizim Hayfa limanında nələrin olduğuna dair məlumatımız Beyrut limanından daha çoxdur.
Seyid Həsən Nəsrullahın bir cümlə ilə ifadə etdiyi bu fikir bir çox sualların cavablandırılması üçün kafi idi.
Beyrut partlayışının Hizbullahın imicinə zərbə vuracağını düşünən sionistlər Seyid Həsən Nəsrullahın bu çıxışının ardınca mesajı almış oldular.