Avq 26, 2020 17:38 Asia/Baku
  • Hizbullah qorxusu sionist rejiminin ordusunu panikaya salıb

Hizbullahın bəyanatından sonra sionist rejiminin ordusunun panikası davam edir.

SəhərAzəri Deyerler-a istinadla xəbər verir, sionist rejiminin silahlı qüvvələri sərhəddəki bir əsgərinə atəş açılmasını səbəb gətirərək, Livanın Hizbullah hərəkatına aid bəzi müşahidə məntəqələrinə hava zərbəsi endirdiyini açıqlayıb.

Sionist rejimin ordusunun verdiyi yazılı bəyanatda, sərhəddə bir əsgərin dünən (25 avqust) axşam Livan tərəfindən atəşə tutulduğu bildirilib.

Hadisədə sionist əsgərlərin yaralanmadığı bildirilsə də, açılan atəşə cavab olaraq sionist rejiminin ordusunun hücum helikopterlərinin sərhəddəki Hizbullah müşahidə məntəqələrinə hava hücumu həyata keçirdiyi bildirilib.

Bəyanatda, Beyrut rəhbərliyinin Livandakı hər cür hadisəyə görə məsuliyyət daşıdığı vurğulanaraq, sərhədindəki məhdudiyyətlərin qaldırıldığı qeyd edilib.

Bu 2006-cı ildə 2-ci Livan müharibəsindən bəri sionist ordusunun Hizbullah hədəflərinə Livan torpaqlarına ilk hava hücumudur.

Dünən axşam Livan sərhədində baş verən təhlükəsizlik hadisəsi ilə əlaqədar olaraq İsrail rejiminin ordusu bölgədəki sionistləri evlərində qalmağa və açıq ərazilərdəki bütün fəaliyyətləri ləğv etməyə çağırmışdı.

Bu arada, Livanın Əl-Məyadin informasiya şəbəkəsi sionist işğalçıların Livanın cənubundakı Miss Əl-Cəbal və Hula bölgələrinə 30-dan çox yüngül güllə atdığını bildirib.

Sionist KİV-i də, Livan ilə sərhəddə bir təhlükəsizlik hadisəsi ilə əlaqədar narahatlığın olduğunu və bunun yüngül güllələrin atılmasına səbəb olduğunu bildirib.

Xəbərdə bildirilir ki, sionist rejiminin hərbi mənbələri ərazidə şübhəli fəaliyyət gördüklərini söyləyiblər.

Livan sərhəddində olan sionist rejiminin ordusunun bir bölməsinin atəşə tutulduğunu və vəziyyətin araşdırıldığını və sionist rejiminin qoşunlarının ərazini geniş şəkildə patrul etdiyini iddia edir.

Daha sonra sionist mətbuatı Livan sərhədindən heç bir infiltrasiya əməliyyatının müəyyən olunmadığını etiraf edib.

Livan sosial şəbəkə hesablarının yazdığına görə, sionist mətbuatı Livan sərhəddində məskunlaşanların atılan işıqlandırma fişəngləri nəticəsində meydana gələn partlayış səslərinə diqqət yetirərək, normal şəraitə qayıtmaları barədə göstəriş verdiklərini bildirib.

Əl-Məyadin sionist mənbələrə istinadən bildirmişdi ki, təsdiqlənməmiş məlumatlar əsasında Şabaa fermasının Har Dovf bölgəsində böyük partlayışlar olub. sionist rejiminin ordusunun atdığı fosfor bombalara görə başlayan yanğın Livandakı Ayterun qəsəbəsinin yaxınlığına və işğal edilmiş Kəfər Şuba təpələrindəki sionist rejiminin ordusunun mövqelərinə yayılmışdı.

Teqlər