Seyid Həsən Nəsrullah:
"Müqavimət öz düşmənlərini məğlub edib"
Livan Hizbullahının baş katibi düşmənlərlə mübarizənin davamına təkid edib.
Səhər Azəri bildirir ki, Seyyid Həsən Nəsrullah müqavimətn hərbi, siyasi və təhlükəsilzik cəhətdən düşməni məğlub etdiyini deyib.
Livan Hizbullahının baş katibi dünən gecə İmam Hüseyn(ə) Aşurası münasibətilə etdiyi çıxışında bildirib ki, Amerikanın verdiyi böyük təkliflərlə müxalifət etdik. Bu təkliflərdən biri, Livanın siyasi quruluşunun partiya sisteminə dəyişdirilməsi idi.
Seyyid Həsən Nəsrullah həmçinin müqavimət mehvərinə qarşı təbliğata toxunub. Qeyd edib ki, hazırda müqavimət əleyhinə həyata keçirilən mənfi təbliğatlar geniş miqyas alıbdır.
Livan Hizbullahının baş katibi bildirib ki, hazırda müqavimətə qarşı dərc olunan məqalələrin çoxusu pul almaq qarşılığılnda yazılıbdır. O, deyib: Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin, həmçinin bəzi digər ölkələrin səfirlikləri indiyədək Hizbullaha qarşı təbliğat üçün on milyonlarla dollar pul ödəyiblər.
Seyyid Həsən Nəsrullah müqavimətə qarşı zəhərli təbliğatlarla mübarizə yollarından birini, yalan yayan və yayındırıcı xəbər saytları və tribunalarının boykot edilmələri adlandırıb və xəbərlərin seçilməsinə diqqət edilməsini istəyibdir.