Sen 01, 2020 21:42 Asia/Baku
  • Əbu-Dəbinin vəliəhdi və Yunanıstan Baş naziri arasında telefon danışığı

Yunanistan Baş naziri və Əbu-Dəbinin vəliəhdi telefonda regional və beynəlxalq məsələlər barədə söhbət ediblər.

SəhərAzəri Reuters-ə istinadla xəbər verir, Yunanistan Baş naziri BƏƏ-nin vəliəhdi Məhəmməd bin Zayed Ali Nəhyanla telefon danışığında ikitərəfli münasibətləri və bu əlaqələrin gücləndirilməsi imkanlarını müzakirə edib.
Tərəflər bəzi regional və beynəlxalq məsələlərə, xüsusilə də Aralıq dənizindəki son duruma toxunublar.
Danışıqda bölgədəki münaqişə və böhranların sülh yolu ilə həlli üçün çalışmağın və təhlükəsizlik və sabitliyi gücləndirən diplomatik həll yollarının dəstəklənməsinin vacibliyi də vurğulanıb.
Tərəflər BƏƏ ilə sionist rejim arasındakı razılaşmanı və bu "tarixi" razılaşmanın "bölgə xalqı üçün təhlükəsizlik, sülh və sabitliyin möhkəmləndirilməsindəki" əhəmiyyətini və yeni əlaqələr kursunun qurulmasını da müzakirə etdilər.
Bu Danışıq, Aralıq dənizinin şərqindəki qaz yataqları ilə bağlı Türkiyə ilə Yunanıstan arasında artan gərginliyin fonunda baş verib, və BƏƏ-nin açıq şəkildə regional məsələlərdə Türkiyə ilə düşmənçilik yolunu tutması diqqətə çəkən bir məsələdir.

Teqlər